Tədbiri giriş sözü ilə açan Elmi Kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova 21 yanvar tarixinin əhəmiyyətindən bəhs edib. Daha sonra Ulu Öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlişini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə “Azərbaycan tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor Xəzər Hüseynov, həmin kafedranın əməkdaşları tarix elmləri doktoru, professor Hacı Fəxrəddin Səfərli, tarix elmləri doktoru, professor Sevinc Abbasova, tarix üzrə fəlsəfə doktoru Zamin Əliyev, “Ümumi tarix” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov, tarix üzrə fəlsəfə doktoru, dosent İsmayıl Zeynalov, “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi Nazlı Yaqubova, Tərcümə mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Süsənbər Ağamalıyeva və kitabxana əməkdaşları iştirak edib. İştirakçılar öz çıxışlarında qeyd ediblər ki, 20 yanvar faciəsinin ertəsi günü 1990-cı ilin 21 yanvarında Ulu Öndər həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqı ilə birlikdə olduğunu bəyan etdi. Ulu Öndər Azərbaycanın o vaxtkı rəhbərlərliyinin xalqımıza qarşı xəyanət etdiyini və bu faciənin cinayət olduğunu dəfələrlə vurğulayıb. Bu fakt Ulu Öndər Heydər Əliyevin öz vətəninə, mənsub olduğu xalqa bağlılığını, cəsarət və mərdliyini bütün dünyaya nümayiş etdirdi.
Dəyirmi masa iştirakçıları qeyd etdilər ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bötüvlüyü və suverenliyinin tam təmin olunması bütün Azərbaycan xalqını ruhlandırıb. Bu fakt bir daha sübut edir ki, ölkəmizdə Heydər Əliyev siyasətinin alternativi yoxdur.
Yekunda bildirildi ki, Azərbaycan tarixində böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyevin və onun siyasi varisi Müzəffər Ali Baş Komandan İlham Əliyevin zəngin həyat yolunun öyrənilməsi, gənclər arasında geniş təbliğ olunması dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.