Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU Elmi Kitabxanası ilə İzmir Yüksək Texnologiya İnstitutu Kitabxana və Sənədləşdirmə şöbəsi arasında onlayn şəkildə əməkdaşlıq görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan NDU Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova kitabxananın strukturu, müasir imkanları, abunə olduğu beynəlxalq elektron bazaları haqqında məlumat verib.

Daha sonra çıxış edən İzmir Yüksək Texnalogiya İnstitutu Kitabxana ve Sənədləşdirmə şöbəsinin müdiri Gültəkin Gürdal rəhbərlik etdiyi kitabxananın üzv olduğu beynəlxalq təşkilatlar, qlobal elmmetrik bazalara inteqrasiyası, elektronlaşmanın hazırkı vəziyyəti haqqında bəhs edib. Sonda iştirakçıların qarşılıqlı sualları cavablandırılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Image 1
Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)