Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova monoqrafiyanı gənc nəsildə vətəndaşlıq mövqeyinin, vətəndaşlıq hisslərinin formalaşdırılması baxımından yüksək qiymətləndirib.
Daha sonra Pedaqoji fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev, NDU-nun “Pedaqogika və psixologiya” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilov çıxış edərək monoqrafiyanın yeniyetmələrin vətəndaşlıq tərbiyəsi işində əhəmiyyətli bir mənbə olduğunu qeyd ediblər.
Sonda çıxış edən müəlliflər elmi mühitə yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.