Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Ümumi hüquq” kafedrasının müəllimi Əli Qədimovun müəllifi olduğu “Hüquq nədir?” adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan NDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elsevər Əsədov universitet əməkdaşlarının son dövrlərdə hüquq elminə aid dəyərli kitablar ərsəyə gətirməsini yüksək qiymətləndirib. Qeyd olunub ki, “Hüquq nədir?” kitabı da müəllifin uzun illər davam edən tədris təcrübəsinə əsaslanır.

Daha sonra Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekan əvəzi, fəlsəfə üzrə fəlsəfə doktoru Abbas Əhmədov, “Ümumi hüquq” kafedrasının müdir əvəzi, baş müəllim Hikmət Əliyev, Naxçıvan MR Ali Məclisinin deputatı, “Ümumi hüquq” kafedrasının müəllimi Əziz Qasımov, “Ümumi hüquq” kafedrasının baş müəllimi Yunis Xəlilov, Tələbə Elmi Cəmiyyətinin sədri, Hüquqşünaslıq ixtisası üzrə III kurs tələbəsi Yusif Mirzəzadə və digər çıxışçılar “Hüquq nədir?” kitabını hüquqa giriş, eyni zamanda motivasiya xarakteri daşımasından bəhs ediblər. Qeyd edək ki, kitab hüquqşünas olmaq istəyən abituriyentlər, hüquq tələbələri, eləcə də, hüququn fəlsəfəsini anlamaq istəyən hər kəs üçün nəzərdə tutulub.

Sonda çıxış edən müəllif Əli Qədimov elmi mühitin inkişafı üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edərək tədbir iştirakçılarına “Hüquq nədir?” kitabını hədiyyə edib.

Image 1
Image 1
Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)