Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında dünyaca məşhur türkiyəli astrofizik alim Umut Yıldızın “Teleskopumun ucundakı kainat” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli açaraq ali təhsil müəssisəsində elmi düşüncənin təşviqi, elmin cəmiyyətə daha yaxın formada təqdim olunmasının əhəmiyyətindən bəhs edib.

O bildirib ki, kosmos və astrofizika kimi fundamental sahələrə həsr olunan kitablar gənc nəslin dünyagörüşünün genişlənməsində, elmi marağının formalaşmasında xüsusi rol oynayır.

Kitabın redaktoru Çağla Adıyaman çıxış edərək “Teleskopumun ucundakı dünya” kitabı haqqında məlumat verib. O vurğulayıb ki, kitab uşaqlarda elmə, xüsusilə də kosmosa marağın artırılması, kainat haqqında ilkin elmi biliklərin sadə və anlaşılan dildə çatdırılması məqsədi daşıyır. Müəllif bildirib ki, kitab vasitəsilə uşaqlar həm Yer planetinə, həm də onu əhatə edən kosmik aləmə fərqli baxış bucağından yanaşma imkanı əldə edirlər. Kitab həmçinin uşaqların sorğulama bacarıqlarını inkişaf etdirir.

Təqdimat mərasimində müəllif - astrofizik alim Umut Yıldız geniş məruzə ilə çıxış edərək kitabın yazılma məqsədi, həmçinin teleskop müşahidələri əsasında əldə edilən elmi nəticələr və kainatın quruluşu barədə maraqlı məqamları iştirakçıların diqqətinə çatdırıb. O, ulduzların yaranması, qalaktikaların inkişafı və kosmik proseslərin mahiyyəti ilə bağlı elmi faktları izah edərək, elmin cəmiyyətə açıq və əlçatan olmasının vacibliyini xüsusi vurğulayıb.

Sual-cavab bölümündə iştirakçıların astrofizika, kosmos tədqiqatları və kitabın mövzuları ilə bağlı ünvanladıqları suallar müəllif tərəfindən ətraflı və elmi əsaslarla cavablandırılıb. Bu interaktiv müzakirə auditoriyada böyük maraq doğurub.

Elm adamlarının, professor-müəllim heyətinin, tələbələrin və şagirdlərin iştirakı ilə baş tutan tədbir universitetin elmi-mədəni həyatında mühüm hadisə kimi dəyərləndirilib.

Təqdimat mərasimi kitabın imzalanması ilə yekunlaşıb. İştirakçılar müəllifdən imzalı nüsxələr əldə edib, xatirə şəkilləri çəkdiriblər.

Image 1
Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)