Tədbiri giriş sözü ilə açan NDU Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova müəllif Ayxan Qəribovun timsalında universitetdə yaradıcı, istedadlı gənclərə göstərilən diqqət və qayğıdan bəhs edib.
Bələdiyyə və turizm kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Flora Kərimova, Strateji imkişaf və keyfiyyət təminatı şöbəsinin müdiri, Kimya kafedrasının baş müəllimi Sevinc Kərimova, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Solmaz Bayramova və digər çıxışçılar kitabın bədii dəyəri haqqında bəhs edərək, müəllifə gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar.
Sonda çıxış edən müəllif Ayxan Qəribov gənclərə göstərilən diqqətə və qayğıya görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.