Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU-da Ulu Öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib Naxçıvan Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin 12 dekabr – Anım günü ilə əlaqədar “The Founder of Modern Azerbaijan: Heritage, Leadership and National Development” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbir universitetin Elmi Kitabxanasında əcnəbi tələbələrin iştirakı ilə baş tutub.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elmi Kitabxananın direktoru Xumar Məmmədova bildirib ki, dahi şəxsiyyət, uzaqgörən lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti dünya miqyasında tanınır və Azərbaycan tarixində xüsusi mərhələ təşkil edir.

Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə Ümummilli Liderin siyasi fəaliyyəti dövründə ölkənin beynəlxalq əlaqələrinin inkişafı, Azərbaycanın dünya birliyində möhkəmlənməsi istiqamətində gördüyü mühüm işlərdən söz açıb.

Universitetin strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi strateji əhəmiyyətli tədbirlər, regionun inkişafı və dövlətçilik ənənələrinin qorunması istiqamətində rolunu diqqətə çatdırıb.

Tədbirdə iştirak edən əcnəbi tələbələr onları maraqlandıran mövzularla bağlı suallar ünvanlayıb, öz fikirlərini bölüşüblər.

Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə Ulu Öndərin həyat və siyasi irsini əks etdirən kitablar, jurnallar, konfrans materialları, miniatür nəşrlər, həmçinin müxtəlif dövr qəzetləri nümayiş etdirilib. Ekspozisiyada universitet əməkdaşlarının müəllifi olduqları nəşrlər də yer alıb.

Image 1
Image 1
Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)