Tədbiri giriş sözü ilə açan universitetin elmi katibi, dosent Orxan Cəfərov, çıxışçılardan Xalq çalğı alətləri kafedrasının müdiri, dosent İsmayıl Mürsəlov, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Səmirə Hüseynova, Elmi Kitabxananın direktoru, dosent Xumar Məmmədova, eyni zamanda Asya Tağızadənin qızı, musiqiçi, rejissor Zülfiyyə Əliyeva yeni metodik vəsaitin elmi-pedaqoji əhəmiyyətindən, Asya Tağızadənin sənət yolundan və bu kimi nəşrlərin gənc ifaçılar üçün böyük əhəmiyyətindən bəhs ediblər.
Sonda kitab müəllifləri yeni nəşrin Azərbaycanın musiqi irsinin qorunması və xüsusilə qanun ifaçılığı məktəbinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etməsi haqqında danışaraq, tədbir təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər. Tədbirin bədii hissəsində virtuoz qanun ifaçısı Sevinc Babayevanın tələbələri müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.