Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Nicat Yaqubov, Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı, fəlsəfə elmləri doktoru, dosent Yusif Hüseynov, “Ümumi hüquq” kafedrasının müdiri əvəzi Hikmət Əliyev, “Ümumi hüquq” kafedrasının baş müəllimi Yunis Xəlilov, TEC – in sədri, Hüquqşünaslıq ixtisasının III kurs tələbəsi Yusif Mirzəzadə kitab haqqında fikirlərini bölüşüblər.
Bildiriblər ki, kitabın əhəmiyyəti müasir normativ nəzəri yanaşmaların sosial, analitik, tarixi-sosioloji, debat əsaslı müzakirələr, rol oyunları və kazus analizləri vasitəsilə hüquq təliminin interaktiv metodlarına xüsusi yer ayırmasıdır. Bu yanaşma hüquq tələbələrinin hüquqi təfəkkürünü formalaşdırmaq və nəzəri bilikləri praktiki kontekstdə tətbiq etməyə imkan yaratmaq məqsədi daşıyır. Eləcə də, kitab suni intellektin hüquqi tənzimləməsi, o cümlədən sosial media platformalarında hüquqi yanaşmalara dair məlumatları da özündə əks etdirir.
Sonda müəllif Əli Qədimov göstərilən diqqətə və çıxış edən hər kəsə təşəkkür edib.
Qeyd edək ki, iki cildli kitabın növbəti hissəsi isə hüququn dinamikasına, hüquq normasının cəmiyyətdə necə işlədiyi, tətbiq olunduğu proseslərə həsr olunub və gələcək üçün nəşri nəzərdə tutulur.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.