Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU Elmi Kitabxanası əməkdaşları Clarivate şirkətinin Azərbaycan üzrə nümayəndəsi İltifat İbrahimovun təşkilatçılığı ilə “Akademik təsir və nüfuz: strateji nəşrdən uğurun təqdimatına” mövzusunda təlimdə iştirak ediblər.

Vebinarda iştirakçılara məqalə nəşri üçün uyğun və etibarlı mənbələrin müəyyənləşdirilməsi, əməkdaşlıq ediləcək partnyorların seçimi üçün data əsaslı qərarların verilməsi, eyni zamanda müəssisənin tədqiqat potensialının qlobal səviyyədə tanıdılma imkanlarını əhatə edən yol xəritəsi təqdim edilmişdir.

Vebinarın praktiki hissəsində isə istinad göstəricilərindən və əməkdaşlıq məlumatlarından istifadə edərək nəşr və tərəfdaşlıq strategiyalarının formalaşdırılması, “InCites” analitika alətindən istifadə edərək akademik təsir hesabatların yaradılması və inkişaf edən tədqiqat sahələrinin müəyyənləşdirilməsi,  Clarivate imkanlarından istifadə edərək  qlobal auditoriyalara çatmaq imkanları müzakirə olunub.

Vebinar iştirakçıları sertifikatlarla təmin ediliblər.

Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)