Sizi, 2025-2026-cı tədris ilinin başlanması münasibətilə təbrik edir, elmi və yaradıcı fəaliyyətinizdə uğurlar arzulayırıq. NDU Elmi Kitabxanası olaraq rəqəmsal və çap resurslarımız, beynəlxalq elektron bazalar vasitəsilə əldə etdiyimiz zəngin kolleksiyalarımız, ən müasir standartlara cavab verən ənənəvi və elektron oxu zallarımızla sizlərin xidmətinizdəyik. Bizim əsas hədəfimiz elmi araşdırmalarınız və yaradıcılıq axtarışlarınız üçün zəngin mənbələr təqdim etmək, elmi fəaliyyətinizin inkişafı üçün əlimizdən gələn dəstəyi göstərməkdir.
Kitabxanamız sizə yeni ideyalar, araşdırmalar və uğurlar gətirəcək! Gəlin, araşdırın, öyrənin və elmin qapılarını bizimlə açın!
Ən xoş arzularla,
NDU Elmi Kitabxanası əməkdaşları
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.