Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU Elmi Kitabxanası əməkdaşları BDU Elmi Kitabxanası tərəfindən təşkil olunmuş “Rəqəmsal əsrdə universitet kitabxanaları: beynəlxalq resurslar və repozitoriyalar” mövzusunda seminarda iştirak ediblər.

Respublikanın bir sıra region ali təhsil müəssisələri və dövlət qurumlarının kitabxana rəhbərləri də daxil olmaqla 80-dən çox əməkdaşın iştirak etdiyi seminarda elmi jurnalların EBSCO məlumat bazasına daxil edilməsi və müəllif hüquqları, müasir dövrdə elmdə və təhsildə məlumat bazalarının önəmi və onlara əlçatanlığın təmin edilməsi, tədqiqat potensialının inkişafında repozitoriyaların rolunun vacibliyi və digər məsələlərdən danışılıbb.

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının direktor müavini Aysu Rəsulzadə kitabxananın elektron resursları və abunə olduğu elektron məlumat bazaları ilə tədbir iştirakçılarını tanış edib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Image 1
Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)