Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU Elmi Kitabxanasında görkəmli ingilis yazıçısı Ceyn Ostinin 250 illik yubileyinə həsr olunmuş ədəbi müzakirə keçirilib

NDU Elmi Kitabxanasında görkəmli ingilis yazıçısı Ceyn Ostinin 250 illik yubileyinə həsr olunmuş ədəbi müzakirə keçirilib. İngilis dili və tərcümə kafedrasının təşkilatçılığı ilə keçirilmiş tədbirdə yazıçının “Qürur və qərəz” (“Pride and Prejudice”) və “Ağıl və ehtiras” (“Sense and Sensibility”) əsərləri müzakirə olunub. Qeyd edək ki, bu əsərlər Xarici dil müəllimliyi (İngilis dili) ixtisası üzrə təhsil alan birinci kurs tələbələrinin ev oxusu proqramına daxil edilib.

Tədbiri giriş sözü ilə açan Xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Məmmədova yazıçı Ceyn Ostinin ədəbiyyatda tutduğu yeri, onun romanlarının cəmiyyətin mənəvi-mədəni həyatına təsiri haqqında bəhs edib. Daha sonra İngilis dili və tərcümə kafedrasının müəllimləri Sevinc Əziz,  Bülbül Hacıyeva və Türkan Həsənzadə çıxış edərək yazıçının əsərlərinin dil xüsusiyyətləri, tələbələrin oxu tapşırıqları əsasında apardıqları müzakirələrin nəticələri, yazıçı haqqında araşdırmaları barədə məlumat veriblər. Müzakirə zamanı tələbələrin təqdimatları da dinlənilib.

 

Image 1
Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)