Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında öncədən müəyyənləşdirilmiş qrafik əsasında Naxçıvan şəhər 1, 2, 3, 4, 5, 6, 7, 8, 13 nömrəli tam orta məktəblərinin X - XI sinif şagirdləri ilə görüş keçirilib.

Görüş məktəblilərin universitetin elmi mühiti və kitabxana imkanları ilə yaxından tanış olması məqsədi daşıyıb.

Görüş zamanı Elmi Kitabxananın əməkdaşları şagirdlərə kitabxananın fəaliyyəti, mövcud fondlar və beynəlxalq elmi bazalara çıxış imkanları barədə məlumat verib. Bildirilib ki, Elmi Kitabxana yalnız tələbələr üçün deyil, elmə marağı olan məktəblilər üçün də açıqdır və onların biliklərini genişləndirməsinə geniş imkanlar təklif edir. Daha sonra şagirdlər elektron köşk, kitabların elektronlaşması, kitab fondları, tədbir zalı və sərgi guşələri ilə tanış olublar.

Nəzərinizə çatdıraq ki, bu təşəbbüs Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumu əsasında həyata keçirilir. Məqsəd müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi, eləcə də nümunəvi təhsil mühitinin yaradılmasına hədəflənib. Eyni zamanda, muxtar respublika ümumtəhsil məktəblərində infosessiyaların keçirilməsi, müxtəlif olimpiadaların birgə təşkili, istedadlı şagirdlərin elmi-tədqiqat işlərinə cəlbi, NDU-nun Elmi Kitabxanası ilə tanışılıq və təcrübə mübadiləsi, sonuncu kurs tələbələri ilə görüşlərin təşkili, tələbə könüllülərinin dəstəyinin təmin edilməsi də bu yöndə planlaşdırılan tədbirlərdəndir.

Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)