Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU Elmi Kitabxanasında “Sözün sehrində” kitab klubunun təşkilatçılığı ilə növbəti kitab müzakirəsi keçirilib.

Tədbirdə xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” adlı əsəri müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan baş kitabxanaçı Çinarə İsmayılova bir çox dövlət və beynəlxalq mükafatların sahibi olan xalqımızın sevimli yazıçısı Anarın yaradıcılığını yüksək qiymətləndirib. Daha sonra çıxış edən kitabxana könüllüsü, “Sözün sehrində” kitab klubunun rəhbəri, Azərbaycan dili və ədəbiyyatı ixtisasının 3-cü kurs tələbəsi Məryəm Qurbanova yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının xalq yazıçısı Anarın həyat və fəaliyyəti haqqında iştirakçıları məlumatlandırıb. Tədbir daha sonra əsərin müzakirəsi ilə davam edib.

Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)