Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU Elmi Kitabxanasında “Sözün sehrində” kitab klubunun təşkilatçılığı ilə tanınmış fransız romantik şair, dramaturq, yazıçı Viktor Hüqonun “Bir edam məhkumunun son günü” adlı romanının müzakirəsi keçirilmişdir.

Tarix-filologiya fakültəsi tələbələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan kitabxananın baş kitabxanaçısı Çinarə İsmayılova kitab müzakirələrinin əhəmiyyətindən bəhs etmişdir. Daha sonra çıxış edən kitabxana könüllüsü, “Sözün sehrində” kitab klubunun rəhbəri, Azərbaycan dili və ədəbiyyatı ixtisasının 3-cü kurs tələbəsi Məryəm Qurbanova Viktor Hüqo yaradıcılığından bəhs edərək müəllifin müzakirə olunan əsərinin bədii məziyyətlərindən söhbət açmışdır.

Tədbir daha sonra əsərin müzakirəsi ilə davam etmişdir.

Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)