Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin müəllimlərinin yubiley tədbiri keçirilib

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev yubilyarların elmi-pedaqoji fəaliyyətlərindən bəhs edib, uzun illər ərzində universitetin inkişafında özünəməxsus xidmətlərinin olduğunu bildirib. Rektor vurğulayıb ki, hər üç müəllimin elmi və pedaqoji fəaliyyəti universitetin elmi-mədəni mühitinin zənginləşməsinə mühüm töhfələr verib və gələcək nəsillər üçün örnək təşkil edir. Daha sonra Elbrus İsayev 65 yaşını qeyd edən müəllimlər Zenfira Seyidova və Nadir İsmayılova elmi-pedaqoji fəaliyyətlərinə görə təşəkkürnamə, 70 yaşını qeyd edən İlqar Kəngərliyə isə fəxri fərman təqdim edib.

Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov yubilyarları təbrik edərək, həmkarlarının elmi fəaliyyətinə yüksək dəyər verdiyini qeyd edib, şeir səsləndirib.

“Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva, “Ümumi tarix” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov, “Muzey, arxiv işi və kitabxanaçılıq” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyev və digər çıxışçılar yubilyarların həm elm, həm də şəxsiyyət baxımından universitet üçün dəyərli simalar olduğunu bildirərək, onlara uzun ömür, yeni elmi uğurlar və sağlam həyat arzulayıblar.

Sonda yubilyarlar göstərilən diqqətə görə universitetin rektoru Elbrus İsayevə və müəllim yoldaşlarına təşəkkürlərini bildiriblər.

Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)