Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyəti tərəfindən Xalq şairi, millət sevdalısı, böyük söz ustadı, Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Açılış nitqi ilə çıxış edən Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə qonaqları salamlayaraq “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 Fevral 2025-ci il tarixli Sərəncamının əhəmiyyəti haqqında məlumat vermişdir.
NDU Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova həyat yolu keşməkeşlərdən ibarət olan Bəxtiyar Vahabzadə haqqında danışaraq vurğulayıb ki, Bəxtiyar Vahabzadə şəxsiyyəti ən ciddi ictimai-siyasi proseslərin getdiyi bir dövrdə formalaşıb. Vahabzadənin yaradıcılığında azadlıq ruhunun, insan və cəmiyyət problemlərinin, böyük mənəvi dəyərlərin özünəməxsus şəkildə əks olunması onun böyük şairlik istedadından xəbər verir. 
Filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov şairin türkçülük ideologiyasını, millətçilik və vətənpərvərlik ruhunu, əsərlərindəki milli oyanışı, tarixi həqiqətləri və xalq sevgisini vurğulayaraq təhlil etmişdir. O, “Gülüstan”, “İstiqlal” kimi çoxsaylı əsərlərin xalqımızın yaddaşına silinməz iz saldığını qeyd edib. 
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sevda Kərimova – Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrini bölüşərək, onun əsərlərini pedaqoji, mənəvi-əxlaqi və ictimai aspektdən təhlil edib. O, şairin yaradıcılığının bugünkü gəncliyə nümunə olduğunu, onun şeirlərində ədalətə, haqqa, milli ruhun yaşadılmasına çağırışın güclü şəkildə hiss edildiyini bildirib. 
Tədbir tələbələrin sualları və bədii qiraət ilə başa çatıb.

Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)