NDU-da “Web of Science” platforması üzrə təlim keçirilib
Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzində Clarivate şirkətinin Azərbaycan üzrə nümayəndəsi İltifat İbrahimov universitetin professor-müəllim heyəti və tədqiqatçılar üçün Web of Science platformasına dair təlim keçirib.
Universitetin Elmi Kitabxanasının direktoru Xumar Məmmədova tədbirin açılışında çıxış edərək təlimçi haqqında iştirakçılara məlumat verib. O, NDU-nun dəvəti ilə bu təlimin baş tutduğunu qeyd edib. Belə təlimlərin elmi tədqiqat aparan müəllim və tələbələr üçün əhəmiyyətini vurğulayıb.
Daha sonra Clarivate şirkətinin Azərbaycan üzrə nümayəndəsi İltifat İbrahimov Web of Science platformasının funksionallıqları, axtarış və analitika imkanları, təşkilat və tədqiqatçı profillərinin yaradılması, Journal Citation Reports və Master Journal List, eləcə də EndNote Online referans idarəetmə sistemi barədə geniş təqdimat edib. Təlim həm nəzəri, həm də praktiki hissədən ibarət olub. Təlim sual-cavab sessiyası ilə davam edib.
Təlimin davamı universitetin Elmi Kitabxanasında kitabxanaçılıq ixtisasının müəllim və tələbələri, eləcə də kitabxana əməkdaşları üçün keçirilib. Təlim zamanı İltifat İbrahimov ProQuest Full-Text Academic Databases, ProQuest Dissertations and Theses Global, və Ebook Central Academic Book Database platformalarının funksionallığı, axtarış alqoritmləri və tədqiqatçılar üçün təqdim etdiyi imkanlar barədə geniş məlumat verib. O, həmçinin bu bazalardan effektiv istifadə qaydalarını izah edərək, konkret nümunələr üzərində praktiki göstərişlər təqdim edib
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.