Təqdimatda çıxış edən Fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov yeni dərs vəsaitlərinin nəşrinin universitetin elmi göstəricilərinin yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb. O, dərs vəsaitinin "Riyaziyyat", "Riyaziyyat müəllimliyi", "Riyaziyyat və informatika müəllimliyi" ixtisaslarının tədris proqramına uyğun tərtib edildiyini və digər ixtisaslarda da istifadəsinin mümkün olduğunu qeyd edib.
"Ümumi riyaziyyat" kafedrasının müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Abdulla Həsənov dərs vəsaitinin kafedranın elmi bazasına daxil edildiyini və tələbələr üçün əvəzsiz tədris materialı olduğunu bildirib.
Dərs vəsaitinin elmi redaktoru-Naxçıvan Müəllimlər İnstitutunun "Riyaziyyat və tədrisi metodikası" kafedrasının müdiri, riyaziyyat elmləri doktoru, Yaqub Məmmədov kitabın 5 fəsil, 42 bölmədən ibarət olduğunu bildirib. O, vəsaitin müəllim və tələbələrin bu istiqamətdə müstəqil işlərini asanlaşdıracağını qeyd edib.
Dərs vəsaitinin rəyçiləri – "Ümumi riyaziyyat" kafedrasının dosenti Cavanşir Quliyev və Naxçıvan Müəllimlər İnstitutunun "Riyaziyyat və tədrisi metodikası" kafedrasının dosenti Nazilə Muradova da nəşrin tərtibi və məzmunu barədə fikirlərini bölüşüblər.
Sonda müəllif Arzu Səfərova dərs vəsaitinin ərsəyə gəlməsində yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.