Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU Elmi Kitabxanasının direktor müavini Aysu Rəsulzadə “Akademik kitabxana fondları mədəni irsimizdə”adlı elmi-praktiki seminarda iştirak edib

NDU Elmi Kitabxanasının direktor müavini Aysu Rəsulzadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya mərkəzi tərəfindən təşkil olunmuş “Akademik kitabxana fondları mədəni irsimizdə”adlı elmi-praktiki seminarda onlayn formada iştirak edib. Qeyd edək ki, tədbirdə Naxçıvan Dövlət Universiteti ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Milli Aviasiya Akademiyası, Xəzər Universiteti, Qarabağ Universiteti və Gəncə Dövlət Universitetinin kitabxana rəhbərləri, əməkdaşları və tələbələr də iştirak ediblər.

        NDU Elmi Kitabxanasının direktor müavini Aysu Rəsulzadə “Müasir kitabxana sistemində Naxçıvan Dövlət Universitetin Elmi Kitabxanasının fəaliyyət istiqamətləri” adlı məruzəsi ilə seminara onlayn formada qatılıb. Məruzəçi NDU Elmi Kitabxanasının mövcudluq vəziyyəti, müasir imkanları, rəqəmsallaşdırma sahəsində əldə etdiyi uğurlar və s. məsələləri slayd vasitəsilə iştirakçıların diqqətinə çatdırıb.

Elmi-praktiki seminar akademik kitabxanalarda informasiya resurslarının rəqəmsallaşdırılması və istifadəsinin təşkili istiqamətində müxtəlif iş təcrübələri ilə bağlı fikir mübadiləsi ilə davam etdirilib.

Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)