Açılış nitqi ilə çıxış edən Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə universitet rəhbərliyi adından şairi salamlayıb. Tədbirdə Naxçıvan Dövlət Universiteti Elmi Kitabxananın baş kitabxanaçısı, jurnalist Çinarə İsmayılova, “Yazarlar” Klubunun sədri, “Şərq qapısı” qəzetinin jurnalisti Rafiq Təhməz çıxış edərək uşaq ədəbiyyatının psixologiyaya təsirindən və Kamil Araz yaradıcılığının bu sahəyə verdiyi töhfələrdən bəhs ediblər.
Qeyd edək ki, Kamil Araz 450-dən çox tapmaca, qəzəl, uşaq şeiri və hekayənin müəllifidir.
Görüş zamanı şair öz tapmacalarını və şeirlərini tədbir iştirakçıları üçün səsləndirib. Sonda müəllifin imzalı kitabları dinləyicilərə təqdim olunub.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.