NDU Elmi Kitabxanasının əməkdaşları və könüllüləri Naxçıvan XTQ tərkibində Vətən müharibəsinə qatılmış, Şuşa uğrunda gedən döyüşlərdə şəhadətə ucalmış Xansu Qurbanovun evini ziyarət ediblər. Şəhidin anası Yəmən xanım oğlu ilə bağlı xatirələrindən, onun göstərdiyi şücaətlərdən, qəhrəmanlıqlardan bəhs edərək, Xansunun həyat yolunu əsl vətənpərvərlik məktəbi kimi qiymətləndirmişdir.
Daha sonra çıxış edən NDU Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova Xansu kimi qəhrəmanların Vətənin hər daşını, torpağını azad görmək istəyilə canlarını fəda etdiklərindən, adlarını uca bir mərtəbəyə şəhidlik zirvəsinə qaldırdıqlarından bəhs etmişdir.
Sonda iştirakçılar şəhid Xansu Qurbanovun ev-muzeyində onun şəxsi və xatirəsini özündə yaşadan digər əşyalarla yaxından tanış olmuşlar.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.