Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin "Yazarlar" klubunun təşkilatçılığı ilə şair-dramaturq İslam Səfərlinin anadan olmasının 102-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib.
Universitetin Elmi Kitabxanasında baş tutan tədbirdə universitetin müəllimləri, kitabxana əməkdaşları və tələbələr iştirak ediblər.
Tədbirdə universitetin Tələbələrlə iş və tədbirlər bölməsinin müdiri Hüseyn İmanov, Elmi Kitabxananın direktor müavini Aysu Rəsulzadə, baş kitabxanaçı, jurnalist Çinarə İsmayılova və Tələbə Elmi Cəmiyyətinin "Yazarlar" klubunun sədri, "Şərq qapısı" qəzetinin jurnalisti Rafiq Təhməz çıxış edərək şairin keçdiyi ömür yolu, yaradıcılığı və şeirlərinə bəstələnən musiqilər haqqında ətraflı məlumat veriblər.
Müzakirə zamanı iştirakçılar İslam Səfərlinin həyat və yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb, onun seçilmiş şeirləri qiraət edilib.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.