Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında "Şərq qapısı" qəzetinin əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru, Bələdiyyə və turizm kafedrasının dosenti Əli Cabbarovun “Yüz ilin Naxçıvanı” adlı kitabının təqdimatı keçirilib.
Naxçıvan Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov təqdimatı açaraq bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi qeyd olunub. O qeyd edib ki, yubiley ilinə töhfə olaraq Əli Cabbarovun hazırladığı bu kitabda müəllifin muxtar respublikanın tarixi, həmçinin iqtisadi, sosial və mədəni inkişafı, eləcə də dövlət başçımızın apardığı uğurlu daxili və xarici siyasətlə bağlı “Şərq qapısı” qəzetində, ABŞ-də, eləcə də digər mənbələrdə çap olunmuş məqalələri toplanıb.
Təqdimatda çıxış edən universitetin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva “Şərq qapısı” qəzetinin baş redaktor müavini Məmməd Babayevin ön söz yazdığı və ötən ilin dekabrında “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunmuş “Yüz ilin Naxçıvanı” adlı kitabda toplanmış məqalələrin əhəmiyyətinə, onların publisistik üslubuna toxunub.
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti
kitabxana@ndu.edu.az
(+99436) 544-08-61 (15-00)
© by IT departament / Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası. Bütün hüquqlar qorunur.