Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Ali təhsil ocağında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar poeziya sənətinə dair kitabın təqdimatı olub

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Naxçıvan TV-nin aparıcı redaktoru, şair-publisist Təranə Arifqızının “Yüz ilimin sədası” adlı poeziya antologiyası kitabının təqdimatı keçirilib.

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova bildirib ki, kitab Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq hazırlanıb. O vurğulayıb ki, nəşrdə Naxçıvanın qadın yazarlarının müxtəlif mövzularda, o cümlədən doğma yurda həsr olunmuş şeirləri toplanıb.

Naxçıvan Dövlət Universitetin filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova çıxışında “Yüz ilimin sədası” adlı poeziya antologiyasının Naxçıvanın 100 illik yubileyi münasibətilə qədim mədəniyyət diyarının yazarlarının söz sənətinə maraqlı bir səyahət etdiyini qeyd edib. O, şairlərin əsərlərinin zəngin məzmununu xüsusi vurğulayıb.

Kitabın müəllifi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Naxçıvan TV-nin aparıcı redaktoru, şair-publisist, Təranə Arifqızı çıxışında antologiyada Naxçıvanın tərənnüm edildiyini, onun tarixi keçmişinin yad edildiyini, bu günün dastanlaşdırıldığını və gələcəyin inamla vəsf olunduğunu diqqətə çatdırıb. O, təqdimatda iştirak edənlərə və kitaba göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Tədbirin sonunda iştirakçılar vətən mövzusunda və Azərbaycan şairlərinə həsr olunmuş şeirlər səsləndiriblər.

 

Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)