Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU Elmi Kitabxanasında “Let's read together” layihəsi çərçivəsində İngilis dili müəllimliyi ixtisası üzrə II kurs tələbələrinin iştirakı ilə yazıçı Ceyn Ostinin “Düşüncə və hissiyyat” əsərinin ingilis dilində müzakirəsi keçirilmişdir.

Ceyn Ostin ingilis ədəbiyyatının “birinci xanımı” kimi tanınan yazıçıdır. Yazıçının əsərlərinin baş qəhrəmanlarını əsasən qadınlar təşkil edir. Müzakirə olunan əsər bir-birinə qətiyyən bənzəməyən, biri hissləri, digəri isə düşüncələri ilə yaşayan iki bacının yaşadıqları səs-küylü hadisələrdən bəhs edir. Əsər nəşr olunduqdan qısa müddət sonra böyük oxucu  kütləsi qazanmış və  dövrümüzədək öz aktuallığını itirməmişdir.

Kitabxana əməkdaşlarının da iştirak etdiyi müzakirə yüksək qiymətləndirilmiş və bu kimi tədbirlərin davamlı olacağı vurğulanmışdır.

Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)