Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU Elmi Kitabxanasında “Naxçıvan musiqi mədəniyyətində Azərbaycan xalq çalğı alətləri orkestri” adlı dərs vəsaitinin təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vahid Məmmədovun “Naxçıvan musiqi mədəniyyətində Azərbaycan xalq çalğı alətləri orkestri” adlı dərs vəsaitinin təqdimatı keçirilib

Tədbiri giriş sözü ilə açan NDU-nun elmi katibi Orxan Cəfərov son dövrlər universitet əməkdaşları tərəfindən tədris-metodik vəsaitlərinin yazılmasını müsbət qiymətləndirib və təqdimatı keçirilən dərs vəsaitinin də tədrisin məzmununun və keyfiyyətinin yüksəldilməsində səmərəli olacağına inamını ifadə edib.

Daha sonra çıxış edən İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, dosent Cavid İsmayılov, Xalq çalğı alətləri kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru İsmayıl Mürsəlov, Musiqi təlimi kafedrasının müdiri, baş müəllim Sevinc Musayeva və digər müəllimlər dərs vəsaitinin elmi dəyəri haqqında bəhs ediblər

Sonda çıxış edən müəllif onun yaradıcılığına göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə öz minnətdarlığını bildirib.

 

Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)