Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində 2 oktyabr 2024-cü il tarixində “Türkdilli ölkələrin kitabxana mədəniyyəti” adlı tədbir keçirilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin rəsmi hissəsində Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxana direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Xumar Məmmədova və A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının direktoru Ruzi Süleymanov çıxış etmişdir.

Tədbirin bədii hissəsində tədbirlə əlaqədar videoçarx izlənilib və türkdilli ölkələrin ədəbiyyatlarından şeirlər kollecin kursantları tərəfindən səsləndirilib.

Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)