Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetində “Vətən Fədailəri" layihəsi çərçivəsində "Şahmarın eşq əsəri" kitabının təqdimatı olub.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Azərbaycanın dünyaya səs salan böyük zəfərindən, qazanılan böyük qələbənin tarixi əhəmiyyətindən bəhs edib. Rektor qeyd edib ki, Universitetin Elmi Kitabxanasında il ərzində bir çox kitab təqdimatı keçirilir, ancaq vətənpərvərlik ruhunu əks etdirən belə kitabların təqdimatlarının məhz Naxçıvan Dövlət Universitetində keçirilməsi, bizim üçün daha da qürurverici haldır.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Vətən Fədailəri” İctimai Birliyinin rəhbəri, şairə-publisist Manya Səxavətqızı şəhid kapitan Şahmar Quliyevə həsr etdiyi “Şahmarın eşq əsəri” kitabı haqqında ətraflı məlumat verib. Bildirib ki, kitabda Vətən müharibəsində qəhrəmanlıq salnaməsini, qanı ilə tarixə yazan Şahmar Quliyevin bu dünyaya gəlişindən şəhid kimi əbədiyyətə gedişinə qədər yaşadığı və yaşatdığı bütün duyğular sətir-sətir canlanıb. Həmçinin qeyd olunub ki, təqdim olunan kitab gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün də olduqca əhəmiyyətlidir.

Tədbirdə şəhid kapitan Şahmar Quliyevin həyat yoldaşı Gülnarə Quliyeva kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib.

Təqdimatda digər çıxış edənlər isə 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbədən fəxarətlə bəhs ediblər.

Sonda tələbələrin vətənpərvərlik mövzusunda fikirləri dinlənilib.

 

Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)