Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universiteti “EBSCO Discovery Service” xidmətindən istifadə imkanı əldə etmişdir.

“EBSCO Discovery Service” - xarici nəşrlərdən alınan məqalələr və biblioqrafik məlumatlar üzrə axtarış aparmağa imkan verən, təşkilatın lisenziyalı giriş (satın alınmış, abunə olunmuş resurslar, xarici təchizatçıların sınaq üçün istifadəyə verdiyi resurslar) imkanı olan sənədlərin tam mətnlərinə elektron formada daxil olmağı təmin edən kompleks inteqrasiya olunmuş axtarış sistemidir. 3.7 milyarddan çox biblioqrafik qeydi özündə cəmləşdirən ən geniş qlobal indeksə malik sistem müxtəlif təchizatçılar, nəşriyyatlar, platformaların açıq giriş rejimində mövcud olan yüzlərlə resurs paketini universitet üçün xüsusi məhdudiyyətlər olmadan indeksləşdirir. Bununla da alimlər, müəllimlər və tələbələr dünyanın nəhəng elmi informasiya mənbələri ilə işləmək imkanı əldə edirlər.

Beləliklə, NDU həm EBSCO resurslarına, həm də dünyanın açıq giriş (Open Access) rejimində fəaliyyət göstərən elmi resurslarına çıxış imkanı əldə etmiş, resurslar sərbəst yüklənmişdir. Bunun üçün universitetə istifadəçi adı və şifrəsi təqdim olunmuşdur

Eyni zamanda, 25 sentyabr tarixində EBSCOHost şirkətinin nümayəndələri tərəfindən vebinar keçirilmişdir. Vebinarda “EBSCO Discovery Service” sistemi vasitəsilə əldə edilən dünya elmi resursları haqqında ətraflı məlumat verilərək sistemlə iş nümayiş etdirilmiş və kitabxanalarda bu sistemlə işin düzgün təşkilinə dair tövsiyələr verilmişdir. Qeyd edək ki, vebinarda kitabxana əməkdaşları da iştirak etmişlər.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)