Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU əməkdaşları Gəncə Dövlət Universitetində yay məktəbində olublar Naxçıvan Dövlət Universitetinin (NDU) tərəfdaş, Xəzər Universitetinin koordinatoru olduğu Avropa İttifaqının "Erasmus+ proqramı çərçivəsində maliyyələşdirilən “Azərbaycanda institusional repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) adlı layihənin Gəncə Dövlət Universitetində 5 gün davam edən yay məktəbi başa çatıb.

Yay məktəbində layihənin tərəfdaşı olan Azərbaycan universitetlərindən – Naxçıvan Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, , Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Avropa tərəfdaşlarından isə Finlandiyanın Jyvaskyla Universiteti, İtaliyanın L’Aquila, Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndələri iştirak ediblər.

 

Layihədə Naxçıvan Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Elsevər Əsədov, İnformasiya Texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli və Elmi Kitabxananın direktor müavini Aysu Rəsulzadə iştirak edib.

 

Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)