Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

M.S.Ordubadi adına Naxçıvan MR Kitabxanasında tanınmış aktyor, şair, dramaturq Vüsal Səmavinin “Tənhalığa doğru səyahət” və “Kino ssenariləri” kitablarının təqdimat mərasimi keçirilib. Təqdimatda Naxçıvan Muxtar Respublikasının tanınmış ziyalıları, jurnalistləri, yazıçı və şairləri, mədəniyyət müəssisələrinin əməkdaşları, o cümlədən Vüsal Səmavinin sənət dostları iştirak ediblər. Qeyd edək ki, NDU Elmi Kitabxanasının əməkdaşı Nəzakət İbrahimova da iştirakçılar sırasında idi.

 

Tədbir iştirakçıları Vüsal Rzayevin həyat və yaradıcılığından bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər, eyni zamanda mərhum sənət adamının həyat yoldaşı Azərbaycan Respublikasının Əməkdar artisti Elmira Kərimovanın tərtibçiliyi ilə nəşr olunan kitablarda yer alan əsərləri teatr sahəsində fəaliyyət göstərənlər üçün sanballı ədəbi mənbələr hesab ediblər.

Daha sonra kitabların təqdimatı keçirilib və Vüsal Səmavinin kitablarından ibarət sərgiyə baxış olub. Sonda xatirə şəkli çəkilib.

Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)