Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Ali təhsil ocağının Elmi kitabxanasında pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmovun "İrəvan Kişi Gimnaziyası və onun azərbaycanlı məzunları" və filologiya elmləri doktoru, professor İbrahim Bayramovun "Tarixi Azərbaycan torpağı Qərbi Zəngəzur" adlı kitablarının təqdimatı keçirilib.

Universitetin Elm və innovasiyalar üzrə prorektoru Elsevər Əsədov bu gün təqdimatı keçirilən kitabları universitet elmi mühiti üçün dəyərli elmi tədqiqat əsəri kimi qiymətləndirib. Bildirilib ki, ictimaiyyətə təqdim olunan dəyərli kitablar ali təhsil ocağında 2024-2025-ci tədris ilindən əzəli ata-baba yurdumuz olan Qərbi Azərbaycanın siyasi tarixini, etnoqrafiyasını, milli-adət ənənələrini və mədəniyyətini gənc nəslə daha ətraflı öyrətmək üçün tədris olunacaq seçmə fənlərin tədris bazası üçün mühüm əhəmiyyətə malikdir.

Universitetin Pedaqoji fakültəsinin məsləhətçi professoru, pedaqogika üzrə elmlər doktoru İsmayıl Əliyev, universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya elmləri doktoru Qalibə Hacıyeva, universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Elburus Vəliyev, Pedaqogika kafedrasının dosenti Vahid Rzayev kitablar barədə məlumat veriblər.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)