Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “XX əsrdə Dərələyəzdə Urbisid və Etnosid Aktları” kitabının və “Ulduz” jurnalının “Qərbi Azərbaycan” xüsusi buraxılışının təqdimatı keçirilib.

Təqdimat mərasimini Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev giriş sözü ilə açaraq qeyd edib ki, bu gün simvolik olaraq “Qərbi Azərbaycana qayıdış” festival-konqresini keçiririk. İki ildir ki, təşkil etdiyimiz konqresin budəfəki açılışını Mahirə xanım Hüseynovanın kitab təqdimatı ilə başlayırıq.

 

Rektor bildirib ki, Qərbi Azərbaycan mövzusu bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan tərəfindən ziyalılar qarşısında əsas vəzifə kimi qoyulub. Ali Baş Komandanımızın tapşırığı ilə Qarabağın işğaldan azad olunmasını, Qarabağa qayıdışı  bizim müzəffər Ordumuz icra edibsə, Qərbi Azərbaycana qayıdışı da alimlər ordusu,  yəni bizlər qələmlə, sözlə, fikirlə, tarixlə, ədəbiyyatla təmin etməliyik. Çox məntiqi, çox ideal, ədalətli və sülhə çağırışı olan bir konsepsiyanın müddəasıdır ki, biz bu işi, tarixi ədaləti elmi tədqiqatların, reallığın, gerçəkliyin ixtiyarına buraxaq. Bunu beynəlxalq ictimaiyyətə çatdıraq ki, alimləri, tədqiqatçıları, cəmiyyətimizi Qərbi Azərbaycan kökənli insanları bu işə səfərbər etməklə, heç bir əraziyə iddia etmədən, heç bir mədəni sərvətə iddia etmədən öz ədalətli tələbimizi gerçəkləşdirə bilək. Bunun üçün də biz bu mövzu ətrafında birləşib özümüzü, ictimaiyyəti, eləcə də bütün dünyanı buna inandırmağa çalışmalıyıq.  Və bu sahədə də yaxşı haldır ki, 30 il ərzində Qərbi Azərbaycan əsilli alimlərimizin bir hissəsi, hətta Qərbi Azərbaycandan olmayanlar belə Qərbi Azərbaycan mövzusunu həmişə tədqiqatlarında saxlayıblar. Təsadüfi deyil ki, ötən dövrlərdə orada keçən proseslərin, o cümlədən deportasiyaların, soyqırımların, repressiyaların öyrənilməsinə həsr olunmuş müxtəlif məqalələr, nəşrlər işıq üzü  görüb. Necə ki bizim xalq Qarabağı heç vaxt unutmadı və İkinci Qarabağ müharibəsi bunu təsdiq etdi. Azərbaycan xalqının, bu millətin tarixi yaddaşı onun Vətənə olan məhəbbəti, sevgisitək əbədidir. Sadəcə, mühit, zaman, lider kimi məsələlər bunu həll edir. Bu gün isə biz çox xoşbəxtik ki, Azərbaycan xalqının uzaqgörən lideri var. Zamanı, vəziyyəti düzgün qiymətləndirən bir sərkərdəsi var və liderimiz Azərbaycan xalqını səfərbər edərək qayıdışımızı, zəfərimizi təmin edib.

Image 1
Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)