Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

NDU Elmi Kitabxanasının əməkdaşları və könüllüləri şəhid baş leytenant Raqib Hüseynovun evini ziyarət ediblər.

Şəhidin anası Rəna xanım oğlu ilə bağlı xatirələrindən, onun göstərdiyi şücaətlərdən, qəhrəmanlıqlardan bəhs edərək, Raqibin həyat yolunu əsl vətənpərvərlik məktəbi kimi qiymətləndirmişdir.

Daha sonra çıxış edən NDU Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova Raqib kimi qəhrəmanların Vətənin hər daşını, torpağını azad görmək istəyilə canlarını fəda etdiklərindən, adlarını uca bir mərtəbəyə şəhidlik zirvəsinə qaldırdıqlarından bəhs etmişdir.

Sonda iştirakçılar şəhid Raqib Hüseynovun ev-muzeyində onun şəxsi və xatirəsini özündə yaşadan digər əşyalarla yaxından tanış olmuşlar. NDU Elmi Kitabxanası adından şəhidin ev-muzeyinə Azərbaycanın milli simvollarını özündə əks etdirən tablo hədiyyə edilmişdir.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)