Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının əməkdaşları və könüllüləri "Naxçıvan Qaziləri" İctimai Birliyində olublar

Şəhidlərimizin  fotoları  və şəxsi əşyaları ilə tanışlıqdan sonra gənclər Vətən savaşının qəhrəman qaziləri ilə söhbətləşib.Qazilər işğaldan azad etmək üçün  can qoyduqları torpaqlarda gedən 44 günlük mübarizədən, igid Vətən oğullarının rəşadətindən bəhs ediblər. 
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru Xumar Məmmədova bu cür görüşlərin təşkilinin gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsində böyük rol oynadığından bəhs edib.
Sonda Naxçıvan Dövlət Universitetinin  Elmi Kitabxanası adından birliyə 45 bədii ədəbiyyat təqdim olunub.

 

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)