Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə əvvəlcə ali təhsil ocağının Elmi Kitabxanasında nümayiş olunan sərgiyə baxış olub.

Sonra tədbirin bədii hissəsində çıxış edən universitetin rektoru Elbrus İsayev bildirib ki, müstəqil Azərbaycan ulu öndər, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin ideyalarının ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu gələcəyə doğru inamla irəliləyir. Heydər Əliyev siyasətinə sədaqəti, qətiyyətli və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın müzəffər ordusu bizə qələbə sevincini yaşatdı. Vurğulanıb ki, “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir”– deyən və Ulu öndər siyasətinə sadiqliyi özünə həyat amalı seçən Prezidentimiz Azərbaycan xalqını qəti əmin edir ki, bu siyasətə daim sadiq qalacaq və məqsədyönlü yolu davam etdirəcək. Rektor nəinki regionda, hətta dünya universitetləri ilə bir sırada addımlayan rəhbərlik etdiyi ali təhsil ocağını da Ulu Öndərin qurub yaratdığı təhsil strategiyasının bəhrəsi, muxtar respublika ali təhsilinə verilən töhvə kimi dəyərləndirib. Elbrus İsayev gəncləri ümummilli liderin ideyalarından dərs almağa və hər dövr üçün örnək olan siyasəti dəstəkləməyə çağırıb.

Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)