Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan şəhərindəki “Saat Meydanı”nda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunan kitab festivalında Naxçıvan Dövlət Universiteti də sərgi nümayiş etdirib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli festivalın açılış tədbirində iştirak edib. Səlahiyyətli nümayəndə stendlərdə nümayiş etdirilən Naxçıvan Dövlət Universitetinin alim və pedaqoqları tərəfindən nəşr olunmuş tədqiqat əsərləri, dərslik və dərs vəsaitləri, eləcədə qəzet və jurnallarla tanış olmuş, muxtar respublikanın müxtəlif sahələri ilə bağlı işıq üzü görmüş tədqiqat əsərlərini yüksək qiymətləndirmişdir.

Image 1
Image 1
Image 1

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)