Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanas;nda xalq şairi Musa Yaqubun 85 illiyinə həsr olunmuş tədbir keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Azərbaycan Respublikasının xalq şairi Musa Yaqubun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Kitabxananın direktoru Fariz Əhmədov Musa Yaqubun həyatı və çoxcəhətli fəaliyyəti haqqında məlumat verərək, onu böyük şair, maarifçi və ictimai xadim, əsl poeziya həqiqəti kimi xarakterizə etmişdir. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov Musa Yaqubun həyatının yaddaqalan məqamlarına toxunmuş, onu “əsl təbiət şairi” adlandırmışdır. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru Elxan Yurdoğlu Musa Yaqubun ilk kitabı və əsərləri haqqında məlumat verərək şairin şeirlərindən səsləndirmişdir. Daha sonra NDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov Musa Yaqubun “Yaxşı adamları qoruyaq gərək” şeirini səsləndirdi. Tədbirin sonunda Psixologiya ixtisası üzrə I kurs tələbəsi Həcər Ələsgərova və Coğrafiya ixtisası üzrə III kurs tələbəsi Ömər Babayev Musa Yaqubun şeirlərindən qiraət etdilər.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)