Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Nikolo Makiavellinin “Hökmdar” əsəri ingilis dilində müzakirəsi keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında ilk dəfə olaraq oxunması zəruri olan kitablar siyahısına daxil olan Nikolo Makiavellinin “Hökmdar” əsəri ingilis dilində müzakirə edilib İqtisadiyyat və İdarəetmə fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə universitetinin Elmi kitabxanasında keçirilən tədbirdə Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova “Oxunması zəruri olan kitablar” haqqında imzalanan müvafiq sərəncama əsasən mütəmadi şəkildə tələbələr arasında kitab müzakirələrinin keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, on beşinci əsrdə qələmə alınan, 26 fəsildən ibarət olan “Hökmdar” əsəri bütün dövrlərin və bütün xalqların siyasətçiləri üçün əsl dərs vəsaiti olub. Əsər dərin ideya və fikirlərə görə dünya mədəniyyət xəzinəsinə daxil edilib.Makiavelli sözü gedən əsərdə səxavət və qənaət, qəddarlıq və mərhəmət, məhəbbət və nifrət, habelə digər bu kimi anlayışları diqqətlə təhlil edib. Kitabda müəllif eləcə də öz ordusu olmayan heç bir dövlətin güclü olmadığını da diqqətə çatdırıb.Vurğulanıb ki, bu günkü müzakirə isə öz fərqliliyi və tələbələrin xarici dil biligilərinin təkmilləşməsi üçün nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universiteti İngilis dili və tərcümə kafedrasının baş müəllimi Aidə Cəlilzadə qeyd edib ki, xarici dildə kitab oxumaq insanın dünyagörüşünü genişləndirir, daxili dünyasını zənginləşdirir və yaddaşına müsbət təsir göstərir. Oxuduğumuz kitabları təhlil edərək, bu və ya digər personajın yerində olsaydıq nələr hiss edəcəyimizi, necə davranacağını təsəvvür edirik ki, bu da bilavasitə dünyagörüşümüzə müsbət təsir edir- deyə Aidə Cəlilzadə vurğulayıb. Sonra İqtisadiyyat və İdarəetmə fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Nazir Kəngərli belə tədbirlərin gənclərin dünyagörüşünə müsbət təsir göstərdiyini bildirib. Sonra əsərin müəllim və tələbələr tərəfindən ingilis dilində müzakirəsinə başlanılıb. Tədbir qarşılıqlı müzakirə şəklində davam edib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)