Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Naxçıvan Muxtar Respublikası və Dövlətin Regional İqtisadi İnkişafı”adlı kitabın təqdimatı olub

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovun “Naxçıvan Muxtar Respublikası və Dövlətin Regional İqtisadi İnkişafı” adlı kitabın təqdimatı olub. Tədbiri giriş sözü ilə açan universitetimizin rektoru Elbrus İsayev bildirib ki ali təhsil ocağının professor-nüəllim heyətinin müəllifi olduğu kitablar muxtar respublikanın ali və orta təhsil müəsissələrində əhəmiyyətli vəsait kimi istifadə edilir. Bu nəşrlər universitetin elmi göstəricilərinin və nüfuzunun artmasında müstəsna rola malikdir. Rektor müəllifi təbrik edib, bu kimi kitabların davamlı olmasını tövsiyə edib. Dünya iqtisadiyyatı və menecment kafedrasının dosenti Həsən Məmmədov qeyd edib ki, sözügedən kitabda universitetdə yaradılan texnopark və səmərəli biznes mühiti, ali təhsil ocağının beynəlxalq əlaqələri, ikili diplom və texnologiyalar parkı, ictimai rifah, universitetin yeni inkişaf mərhələsi, uğurları və perspektivləri yer alıb. Bildirilib ki, kitabda həmçinin Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasından başlanan milli həmrəyliyimiz, muxtar respublikanın yerli imkanları, davamlı istehsalı və bir sıra mövzular işıqlandırılıb. İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov ki, 3 elmi əsərin, 7 kitab və 500-dən çox məqalənin müəllifi Cavadxan Qasımovun elmi fəaliyyətindən bəhs edib. Qeyd edilib ki, mütəmadi olaraq mətbuatda müxtəlif səpkili məqalələrlə çıxış edən müəllif kitabında ölkənin regional iqtisadi inkişafını qələmə alıb. Diqqətə çatdırılıb ki, kitabda muxtar respublikanın sosial-iqtisadi inkişafını özündə əhatəli şəkildə əks etdirən və respublika səviyyəli bir çox mətbuat səhifələrində, eləcə də internet saytlarında nəşr olunan məqalələr yer alır. Sonra İqtisadiyyat ixtisası üzrə III kurs tələbəsi Əmrə İbrahimli müəlliminin gərgin əməyi nəticəsində ərsəyə gələn kitabın tələbələr üçün əhəmiyyətindən bəhs edib. Sonda müəllif göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)