Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Heydər Əliyev irsinin öyrənilməsi və təbliği”

Naxçıvan Dövlət Universitetin İncəsənət fakültəsində Elmi Kitabxananın təşkilatçılığı ilə “Heydər Əliyev irsinin öyrənilməsi və təbliği” adlı sərgi təşkil olunub. Üç hissədən ibarət olan sərgidə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Dövlət Universiteti professor-müəllim heyətinin müəllifi olduqları kitablar, monoqrafiyalar, elmi əsərlər, konfrans materialları nümayiş olunub. Ümummilli liderin əziz xatirəsinə ehtiram əlaməti olaraq sərgidə öz rəmzi mahiyyət etibarilə 99 sayda kitab və qəzet materialı yer alıb. Fakültənin sərgi salonunda İncəsənət fakültəsinin müəllim və tələbələrinin Ümummilli liderin əziz xatirəsinə həsr olunmuş rəngkarlıq, heykəltaraşlıq, tikmə, böyük stenddə güllərdən hazırlanmış portreti və imzası olmaqla ümumilikdə 50-yə yaxın əl işlərinin sərgisi nümayiş olunub. Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır. Azərbaycanın XX əsr tarixinin əlli ildən artıq dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə bağlıdır. Ulu öndərin Naxçıvanın ağır günlərində onu qorumaqla yanaşı, hətta ən çətin məqamlarda belə muxtar respublikada qəbul etdiyi qərarlar, nəinki Naxçıvanın hətta Azərbaycanın gələcəyi naminə hesablanmış siyasətin təməl prinsipləri olub.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)