Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Elmi Kitabxanada , “Naxçıvan Muxtar Respublika kitabxanalarının təşəkkülü və inkişaf tarixi” adlı kitabın təqimatı keçirilib

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, “Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Nəzakət İsmayılovanın dərs vəsaitinin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvan Muxtar Respublikası Azərbaycan maarifçilik hərəkatına və kitab mədəniyyətinin inkişafına mühüm töhfələr vermişdir.Naxçıvan hələ tarixin erkən çağlarından başlayaraq təhsilə, elmə, kitab və kitabxanalara çox böyük qiymət verib, onu qoruyub saxlayıb. Vurğulanıb ki, dərs vəsaiti ən böyük informasiya mənbəyi olan və uzun əsrlər boyu cəmiyyətin tərəqqisinə xidmət edən muxtar respublika kitabxanalarının tarixinin araşdırılıb elmi təhlilinin aparılması sahəsində ilk dəyərli mənbədir. Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova, AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasının direktoru Sahab Əliyeva , S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Mərkəzi Kitabxanasının direktoru Tamella Əsgərova kitab haqda geniş məlumat verərək bildiriblər ki 266 səhifədən ibarət olan dərs vəsaiti Naxçıvanda kitabxanaların tarixini müəyyən edən ciddi elmi tədqiqat işi kimi çox qiymətlidir. Çıxış edənlər zəngin bir tarixi dövrü özündə əks etdirən, uzunmüddətli gərgin axtarışların bəhrəsi olan kitab haqda dəyərli fikirlər səsləndirib, müəllifi təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar. Sonda müəllif muxtar respublikada kitaba, kitabxanaya göstərilən yüksək dəyərə görə öz minnnətdarlığını ifadə edib.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)