Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: şair-diplomat” əsərinin müzakirəsi

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası , Elmi Kitabxananın əməkdaşları və Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: şair-diplomat” əsərinin müzakirəsi keçirilib.Tədbiri giriş sözü ilə açan Elmi Kitabxananın direktoru Fariz Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitablar” ilə bağlı məlumat verərək bildirib ki, bu 33 kitabın hər biri müasir dünyagörüşün formalaşmasına, milli dəyərlərimizə bağlılığın daha da artmasına xidmət edir. Bu kitabları mütaliə etmək gənclərimizin milli ənənələrimiz çərçivəsində, vətənpərvərlik ruhunda tərbiyə almasında mühüm rol oynayır. Bildirib ki, siyahıda gənc nəslin dövlətçilik və vətənpərvərlik tərbiyəsinə, habelə şəxsiyyət kimi formalaşmasına daha çox təsir edə biləcək kitablara üstünlük verilib. Bunun müstəqil dövlətçilik idealları üstündə köklənmiş kamil Azərbaycan vətəndaşlarının daha yetkin səviyyədə formalaşdırılmasına kömək etmək məqsədi daşıdığını vurğulayıb. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il tarixli 28 avqust Sərəncamı ilə təsdiq edilən “Oxunması zəruri olan kitabların siyahısı”nda yer alan “A.S.Qriboyedov:şair –diplomat” əsərinin əhəmiyyətindən danışıb. Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Əzizə Süleymanzadə “Publisist-politoloq Reyhan Mirzəzadə” və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının biblioqrafı Aysel Əhmədova “Məhşur diplomatın qeydlərində Naxçıvan” mövzusunda çıxışlar etmişdilər. Müzakirələrdə yaxından iştirak edən tələbələrin kitab bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)