Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Musiqi ədəbiyyatları və rəsm əsərlərinin təbliği”

NDU-nun Konservatoriyasında İncəsənət fakültəsi və Elmi Kitabxananın təşkilatçılığı ilə “Musiqi ədəbiyyatları və rəsm əsərlərinin təbliği”nə həsr olunmuş tədbir keçirilmişdir. Naxçıvan Musiqi Kollecinin tələbə və müəllim heyətinin də iştirak etdiyi tədbiri giriş sözü ilə Elmi Kitabxananın direktoru Fariz Əhmədov açmışdır. Natiq Elmi Kitabxanada mövcud olan musiqi ədəbiyyatlarının təbliği baxımından bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs etmişdir. Fariz Əhmədov sərgidə eyni zamanda, universitet əməkdaşlarının əsərlərinin də nümayiş etdirildiyini vurğulamışdır. Daha sonra 100-də artıq musiqi ədəbiyyatı və İncəsənət fakültəsi müəllim-tələbə heyətinin müəllifi olduğu rəsm əsərlərindən ibarət sərgiyə baxış olmuşdur. Böyük marağa səbəb olan sərginin təşkilatının ənənə halını alması qərara alınmışdır.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)