Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Tibb fakültəsinin iştirakı ilə “İdeal Həkim necə olmalıdır?”mövzusunda dəyirmi masa təşkil edilib

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi “İdeal Həkim necə olmalıdır?”mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözlü ilə açan Tibb fakültəsinin dekanı Elsevər Əsədov mövzunun aktuallığını və tibb ixtisasında təhsil alan tələbələr üçün önəmini diqqətə şəkib. “İdeal həkim necə olmalıdır?” mövzusunda öz fikirlərini bildirən ali təhsil ocağının Təməl tibb fənlərinin kafedra müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent həkim-ginekoloq İlhamə Mustafayeva və Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent həkim-ginekoloq Gültəkin Əliyeva həkim tələbələrlə söhbətində vuğulayıblar ki, ginekologiya sahəsi üzrə müxtəlif analiz və diaqnostik üsullar kompleksi vardır. Çıxışlarda vurğulanıb ki, həkim bütün xəstələrinə həssaslıqla yanaşmalı, onun dərdinə şərik olmağı bacarmalıdır. Həmçinin qeyd edilib kİ. ideal həkim olmaq üçün ən asan yol əsl insan olmaqdan keçir. Stomatologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, həkim Rauf Cəfərov qeyd edib ki, müasir stomatologiyada dişlərinin çəkilməsi yalnız istisna hallarda tətbiq edilməli və öz dişinin zədə aldığına rəğmən suni dişlə əvəz edilməməlidir.Onun sözlərinə görə müasir stomatologiyada metodika hətta qismən dağılmış dişləri bərpa etmək imkanı yaradır. Ümumi təbabət və klinik fənlər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, dosent, pediatr Mətləb İbrahimov tibbin bir hissəsi olaraq pediatriyanın tarixindən danışıb. Qeyd edilib ki, pediatriya uşağın bədəninin xəstəlikləri, onların müalicəsi və qarşısının alınması elmidir və vəzifəsi uşağın sağlamlığını qorumaqdır. Əczaçılıq və bokimya kafedasının baş müəllimi, farmakoloq Çinarə Məmmdova dərman maddələrinin orqanizmə təsirini öyrənən farmakologiya elmi haqda danışaraq dərmanların istifadəsi və əks göstərişləri barədə ətraflı məlumat verib. Çıxış edənlər həkim tələbələrin necə fəaliyyət göstərmələri, xəstələrə yanaşılma üsülları və müalicə sahələri üzrə məlumat veriblər.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)