Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetində Elmi Kitabxanasında “Əczaçılıq botanikası (ümumi hissə)” dərsliyinin tədqimatı keçirilib

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında növbəti kitab təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov bildirib ki, Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov, “Əczaçılıq və biokimya” kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Mürsəl Seyidov, həmin kafedranın baş müəllimi Əzizə Hüseynovanın həmmüəllifi olduqları dərslik ali məktəblərdə “Əczaçılıq” ixtisası üzrə təhsil alan tələbələr və müəllimlər üçün nəzərdə tutulub, eyni zamanda botanika sahəsində əldə edilən son nailiyyətlərə əsasən yazılıb. “Biologiya” kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Hilal Qasımov qeyd edib ki müasir dövrdə əczaçılıq kimyası sənayesi tərəfindən müxtəlif dərman preparatlarının istehsalında dərman bitkiləri xüsusi yer tutur. Belə ki əczaçı bitkiləri tanımalı və xarakterizə etməyi bacarmalıdır ki, bu da başlıca olaraq bitki morfologiyası sistematikası elmlərinə yiyələnməkdən keçir. Bu baxımdan kitabı yüksək qiymətləndirən Hilal Qasımov rus və türk ədəbiyyatlarından da istifadə edilərək hazırlanan dəsrlik haqqında ətraflı məlumat verib “Təməl tibb fənləri” kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva qeyd edib ki, botanika əczaçı kadrların yetişməsində xüsusi fənlərdən biri kimi əsas bazanı təşkil edir. Vurğulanıb ki, “Əczaçılıq” ixtisasında təhsil alan tələbələrin gələcəkdə farmokoloq kimi fəaliyyət göstərməsi üçün bitkilərin təbii ehtiyatlarının müəyyənləşdirilməsi və bitki ehtiyatlarını tədiqi etməyi bacarmaları üçün təqdimatı keçirilən dərslik müstəsna rol oynayır. “Əczaçılıq” ixtisası üzrə II kurs tələbəsi Sahilə Yusifova müəllimlərinin gərgin əməyi nəticəsində ərsəyə gələn kitabın tələbələr üçün əhəmiyyətindən danışıb və tələbələr adından öz minnətdarlığını bildirib. Sonra müəlliflər universitet elmi mühitinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər. Sonda müəlliflər tərəfindən tələbələrə kitab hədiyyə olunub.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)