Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

“Tələbə yazarlar” sərgisi

Elmi Kitabxananın təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru Elbrus İsayev tələbələrin işini yüksək qiymətləndirib. Vurğulanıb ki, ixtisasından asılı olmayaraq hər bir gənc müxtəlif mövzularda yazılar yazmalı, bu sahədə istedadını dəyərləndirməlidir. Bildirilib ki, bu istiqamətdə tələbələrin söz, fikir tribunası olan universitetin “Yeni fikir” qəzetində də mütəmadi olaraq tələbələrin yazıları dərc olunur. Rektor diqqətə çatdırıb ki, tələbələr həmçinin muxtar respublika, Azərbaycan mətbuatında qələmlərini sınamaqla yanaşı Türkiyə və Özbəkistan mediasında da uğurla təmsil olunurlar. Qeyd edilib ki, tələbələrdən toplanılan yazı nümunələrinin gələcəkdə kitab halında dərc olunması da nəzərdə tutulub. Qeyd edək ki, 50 nəfərə yaxın tələbə və magistrantın iştirak etdiyi sərgidə 200- dən çox yazı nümunələri yer alıb. Ədəbi - bədii və elmi məqalələrin yer aldığı jurnallar sərgilənib. Sonra tələbələrin yazılarından ibarət sərgiyə baxış olub. Burada yerli tələbələrdən əlavə türkiyəli tələbələr də iştirak edib. Belə ki, “Əczaçılıq” ixtisası üzrə I kurs tələbəsi Osman Tanın “Esaretin bedeli”, həmin ixtisasın I kurs tələbəsi Osman Yavanın “Elbet bir gün” adlı kitabları nümayiş olunub. Tələbələrin yazılarını yüksək qiymətləndirən rektor yaradıcılıq yolunda hər kəsə uğurlar arzulayıb, təklif və tövsiyyələrini çatdırıb.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)