Naxçıvan Dövlət Universiteti (+99436) 544-08-61 (15-00) kitabxana@ndu.edu.az

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Gəncliyin missiyası: Dövlətçiliyə sədaqət” adlı tədbir keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatı ilə Universitet Tələbə Gənclər Təşkilatının birgə həyata keçirdiyi “Gəncliyin missiyası: Dövlətçiliyə sədaqət” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının sədri Arzu Abdullayev bildirib ki bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Vətənpərvər nəsil olmasa, uğurlardan danışmaq olmaz” çıxışını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, gənclər siyasətinin təməlində duran prinsiplər gənc nəslə uğurla aşılanır. Bildirilib ki, Ulu Öndərin bizə miras qoyub getdiyi vətənpərvərlik missiyasının aydın təzahürünü II Qarabağ müharibəsində gənclərimizin timsalında gördük. TGT sədri Əziz Qasımov qeyd edib ki, hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Vurğulanıb ki, muxtar respublikada uğurlu gənclər siyasətinin nəticəsidir ki, müasir gənclər artıq dünya gəclərinə nümunə olacaq səviyyəyə çatıb. TGT sədri tələbələrin də bu proseslərdə fəal iştirakından danışıb. Tələbələrin diskussiyası şəklində davam edən tədbirdə suallar cavablandırılıb, fikirlə səsləndirilib. Çıxışlarda II Qarabağ müharibəsində iştirak edən qəhrəman gənclərimizin örnək vətənpərvərlik nümunəsi gənc nəslə aşılanıb.

Bİzİmlə əlaqə

Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti

kitabxana@ndu.edu.az

(+99436) 544-08-61 (15-00)